Baş Prokurorluq Gəncədə əməliyyat keçirib

2020-08-24 14:04

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncədə əməliyyat keçirilib. Baş Prokurorluqdan verilən məlumata görə, əməliyyatla bağlı ictimaiyyətə yaxın vaxtlarda ətraflı rəsmi məlumat veriləcək. Reportun məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmov və Gəncə Şəhər Nizami Rayon İcra hakimiyyətinin keçmiş başçısı Məharət Mustafayev məhkəməyə gətirilib. Binəqədi Rayon Məhkəməsində həmin şəxslər barəsində istintaq orqanının təqdimatlarına baxılacaq. Onlar Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərini aşma, dələduzluq, rüşvət alma kimi maddələri ilə ittiham olunublar.

Vəfa Şairova

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik