Baş Prokurorluq: "Ermənistan tərəfində döyüşən muzdlular arasında Rusiya, Gürcüstan və İran vətəndaşları da olub"
Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib ki, müharibə vaxtı Ermənistan tərəfində döyüşən muzdluların bir qismi müəyyən olunub, onlarla bağlı cinayət işləri başlanılıb.