Baş Prokurorluq Bakıda 5 nəfərin ölümü ilə bağlı məlumat yayıb
2021-02-23 16:07
Baş Prokurorluq Bakıda 5 nəfərin ölümü ilə bağlı məlumat yayıb. Araşdırmalarla müəyyən olunub ki, 17 yaşlı Atilla Əliyevin, 18 yaşlı Lətif Əliyevin, 21 yaşlı İnkişaf Allahverdiyevin, 49 yaşlı Natiq Səfərovun və 23 yaşlı Şikar Allahverdiyevin meyitləri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunub. İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.
Fərid Mehdiyev