Baş prokuror İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Baş prokuror Kamran Əliyev ölkədə səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru Katrin Bombergerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Görüşdə 2023-cü ildən Baş Prokurorluqla Komissiya arasında formalaşan əməkdaşlıq əlaqələri, itkin düşmüş şəxslərlə bağlı məlumat mübadiləsinin əhəmiyyəti və bu sahədə görülən işlər müzakirə olunub.İşğal dövründə işgəncələrə məruz qalaraq öldürülən və kütləvi məzarlıqlarda basdırılan şəxslərin qalıqlarının aşkarlanması, eləcə də onların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verilib. Katrin Bomberger isə Azərbaycanda itkin düşmüş şəxslərlə bağlı məlumatların toplanması və mübadiləsinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb, əməkdaşlıqdan məmnunluğunu ifadə edib.Tərəflər yeni Məlumat İdarəetmə Sistemini müzakirə edib, qarşılıqlı təlim səfərləri və təcrübə mübadiləsinin təşkili barədə razılığa gəliblər.

29 iyun 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik