Baş prokuror azad olunmuş ərazilərdəki hərbi hissələrdə olub
Daha öncə xəbər verdiyimiz kimi, Ağdam şəhərində Baş Prokurorluğun rəhbərliyinin və azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabeli rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib. Müşavirədən sonra Baş Prokuror Kamran Əliyev azad olunmuş ərazilərdə xidmət aparan hərbi hissələrdə olub, hərbi qulluqçuları təltif edib.