Baş nazir Hindistanı Ermənistanı silahlandırmamağa çağırıb
Baş nazir Hindistanı Ermənistanı silahlandırmamağa çağırıb. Əli Əsədov Hindistanın ticarət və sənaye üzrə dövlət naziri Anupriya Patel ilə görüşdə vurğulayıb ki, hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və Cənubi Qafqazda sülhün bərqərar edilməsi üçün tarixi şərait yaranıb. Belə bir həssas məqamda Ermənistan tərəfinin fəal şəkildə silahlanması sülh prosesinə ciddi zərbə vurur.
Lalə Nəsib