Baş nazir Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru ilə görüşüb
Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin vitse-qubernatoru və hökumət sədri Denis Afanasyevlə görüşüb. Görüşdə Azərbaycanla Həştərxan vilayəti arasında iqtisadi-ticari, investisiya, nəqliyyat, logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın inkişafı müzakirə olunub. Görüş zamanı Həştərxan vilayətinin Azərbaycanın işğaldan azad edilmiş Qubadlı rayonunda məktəbəqədər təhsil müəssisəsinin tikintisi layihəsini həyata keçirməsi də xüsusi qeyd olunub.
25 iyun 2026

