Baş məşqçi: "Xankəndi stadionunda bayram ab-havası yaşanıb"

Əsaslı yenidənqurmadan sonra Xankəndi şəhər stadionunda ilk rəsmi futbol qarşılaşması baş tutub. I Liqanın VIII turunda “Xankəndi” doğma meydanda “Karvan-Yevlax”ı qəbul edib. Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Xankəndi stadionunda bayram ab-havası yaşanıb". Bunu “Karvan-Yevlax”ın baş məşqçisi Ramiz Məmmədov matç sonrası deyib. O, qələbə qazansalar da, sevincin təkcə onların komandası ilə bağlı olmadığını bildirib. Baş məşqçi futbolçularının tapşırıqları yerinə yetirdiyini vurğulayıb.“Xankəndi”nin baş məşqçisi Röyal Nəcəfov isə məğlubiyyəti fərdi səhvlərlə əlaqələndirib. O, rəqibin güclü mübarizə apardığını, komandada ehtiyat oyunçuların az olduğunu və mövsüm üçün əsas hədəflərinin I Liqada qalmaq olduğunu deyib.

20 noyabr 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik