Baş məşqçi: “Xankəndi”də fiziki və psixoloji problemlər olub
“Xankəndi”nin yeni baş məşqçisi Röyal Nəcəfov bildirib ki, komandada fiziki və psixoloji problemlər olub. Mütəxəssis heyətin say baxımından da az olduğunu və yeni futbolçular cəlb etmək istədiklərini deyib. Onun sözlərinə görə, əsas hədəf komandanı I Liqada saxlamaq, daha sonra isə yuxarı pillələrə yüksəlməkdir.Qeyd edək ki, “Xankəndi” Röyal Nəcəfovla mövsümün sonunadək müqavilə imzalayıb.
30 sentyabr 2026

