Baş leytenant ermənilərin basdırdığı minaya düşərək həlak olub
Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu martın 4-də xidməti vəzifəsini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub. Bu barədə MN-dən bildirilib. Baş leytenant Neftçala şəhər qəbiristanlığında Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Nərgiz Camalzadə