Baş konsul imtahan prosesinin gedişini izləyib
2020-01-21 16:03
Gürcüstanın Gəncədəki Baş konsulu Nikolaz İaşvili UTECA-da imtahan prosesinin gedişini izləyib. Açıq qapı günündə valideynlər və KİV nümayəndələri də şəffaflığa əmin olmaq üçün auditoriyalarda olub. Semestr imtahanlarında iştirak edəcək 2618 tələbədən, 135 nəfəri magistr, 2483-ü isə bakalavrlardır. İmtahan zamanı hər hansı xoşagəlməz hal olarsa, İmtahan Komissiyası, universitetin qaynar xətti və rəsmi sosial şəbəkə hesabına müraciət etmək mümkündür.
Vüsalə Camal