Baş Konfransının 41-ci sessiyasının ümumi siyasət debatında çıxış edib
2021-11-11 10:12
Xarici işlər naziri Ceyhun Bayramov YUNESKO Baş Konfransının 41-ci sessiyasının ümumi siyasət debatında çıxış edib. Nazir Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasəti çərçivəsində Azərbaycanın mədəni irsinin məhv edilməsi, talan edilməsi və mənimsənilməsi istiqamətində sistemli siyasətin həyata keçirildiyini bildirib. Ermənistanın törətdiyi kobud pozuntular və qeyri-qanuni fəaliyyətlər barədə Azərbaycanın dəfələrlə YUNESKO-ya xəbərdarlıq etdiyi və son 30 il ərzində işğal olunmuş ərazilərə texniki missiya göndərilməsinin zəruriliyi məsələsini qaldırdığı səsləndirilib.
Nərgiz camal