Baş infeksionist əhaliyə müraciət edib
2020-11-12 12:06
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov əhaliyə müraciət edib. "Kəskin respirator virus infeksiyaların mövsümü artımı dövründəyik. Özlərində hərarət, ümumi zəiflik, kataral əlamətlər hiss edənlər özlərini təcrid edərək telefonla sahə həkiminə müraciət etməlidirlər. Yalnız müvafiq həkim-mütəxəssis müayinə ilə düzgün qərar verə bilər. Yeni koronavirus infeksiyası təsdiqlənən və ya güman edilən hallarda özünümüalicə ilə məşğul olmaq çox təhlükəlidir", - deyə müraciətdə bildirilib.
Vüsalə Camal