Baş infeksionist əhaliyə müraciət edib
2020-10-23 13:06
Əhali arasında yoluxma arealının genişlənməsi son nəticədə belə halların Ordumuza da sirayət etməsi ilə nəticələnə bilər. Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov bildirib ki, döyüş bölgələrinə yaxın ərazilərdə həm yerli əhali ilə hərbiçilərin təması baş verir. Arxa cəbhədə koronavirus infeksiyasından qorunmanın ən effektiv yolu insanlar arasında təmasların minimuma endirilməsi və karantin qaydalarına ciddi əməl olunmasıdır.
Nərgiz Camal