Baş idarə əməliyyat keçirib, narkokuryerlər tutulub
Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən əvvəllər məhkum olunan 41 yaşlı Anar Əsədov və 30 yaşlı Taleh Muradov saxlanılıblar. Onlardan 42 kiloqram 690 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 460 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin Bakı və Sumqayıt şəhərlərində narkokuryerlik etdikləri müəyyən edilib.Faktlarla bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
13 may 2026

