Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib
2020-02-01 16:06
Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib. Bu gündən etibarən orta məktəblərdə ibtidai siniflər üçün əyani tədrisin başlanması, həmçinin bir çox xidmət sahələri üzrə iş fəaliyyətinin bərpa olunması yollarda nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olub. Bunları nəzərə alaraq, bütün sürücülər yol hərəkəti qaydalarına ciddi riayət etməlidirlər.
Vüsalə Camal