Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu yollardakı vəziyyətlə bağlı xəbərdarlıq edib
Həftəsonları paytaxt və bölgələr arasında hərəkət intensivliyi artır. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki, səfərə çıxmazdan əvvəl avtomobilin texniki sazlığı yoxlanılmalı, nasaz nəqliyyat vasitəsi ilə yola çıxılmamalıdır. Sürət həddinə və ötmə qaydalarına ciddi əməl edilməsi vacibdir. Yağışlı hava şəraiti və yolun vəziyyəti nəzərə alınmalı, uzun məsafəli səfərlərdə mütləq fasilələr verilməlidir. Yorğun və yuxusuz halda sükan arxasına əyləşmək olmaz.Yol hərəkətində intizam və məsuliyyət hər bir sürücünün təhlükəsizliyinin əsas təminatıdır.
22 may 2026

