Bağdad Bəyannaməsində Azərbaycana dəstək ifadə olunub
İraqın paytaxtı Bağdadda İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyası keçirilib.Sessiyada çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev regionda artan gərginlik, islamofobiya, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Fələstin məsələsinə toxunub.Qəbul edilən Bağdad Bəyannaməsində Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması alqışlanıb. Həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına və mina təmizləmə işlərinə dəstək ifadə olunub.
19 oktyabr 2026

