Bağ evlərindən silsilə oğurluqlar edən dəstə üzvləri tutulublar
Sabunçu polisi Bilgəh qəsəbəsində yerləşən bağ evlərindən təmir-tikinti və məişət əşyaları oğurlayan dəstə üzvləri - Qalib Hüseynov, Heybət Həsənov və Habil Dadaşov saxlanılıblar. Həmin şəxslərin qeyd edilən qəsəbə və ətraf ərazilərdə yerləşən 10-a yaxın evdən oğurluqlar etdikləri müəyyən edilib.
Həmcinin, Maştağa qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsindən 50 kiloqram mis, latun oğurlayan, eləcə də evlərdən oğurluqlar edən Murad Rəhimov və Elman Dünyamalıyev saxlanılıblar.
Faktlarla bağlı arşadırmalar davam etdirilir.
Vüsalə Cənnətova