Bağçalarda dövlət-özəl əməkdaşlığının tətbiqi nəzərdə tutulur
Gələn ilin sentyabr ayından bağçalarda dövlət-özəl əməkdaşlığının pilot layihədə tətbiqi nəzərdə tutulur. Bağçaların dövlət tərəfindən maliyyələşməsi, özəl sektorun isə idarəetmə və keyfiyyəti təmin etməsi planlaşdırılır. Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, müzakirə mərhələsində olan məsələ ilə bağlı UNICEF-lə əməkdaşlıq edilir. Eləcə də kiçik kəndlərdə ailə tipli məktəbəqədər təhsil modelinin yaradılması da müzakirə olunur.
Fərid Mehdiyev