Bağçalar, yuxarı siniflər və universitetlərdə ənənəvi təlim və tədris qismən bərpa olunur

2020-02-04 12:10

Təhsil Nazirliyinin təklifinə əsasən, ölkə ərazisində tədris və təlim-tərbiyə prosesi mərhələli olaraq əyani formaya keçir. 8 fevraldan Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında sosial məsafəni gözləməyə imkan verən ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində həftədə 5 dəfə olmaqla; layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında sosial məsafəni gözləməyə imkan verməyən ümumi təhsil müəssisələrində isə tədris ümumi orta təhsil səviyyəsində həftədə 3 dəfə olmaqla; Nazirliyin tabeliyində fəaliyyət göstərən müstəqil tədris binası və əlverişli maddi-texniki bazası dərnək üzvləri arasında sosial məsafəni gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçiriləcək. 15 fevraldan isə məktəbəqədər təhsil müəssisələrində; Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində həftədə 2 dəfə olmaqla; Xüsusi məktəblərdə həftədə 5 dəfə olmaqla; Ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi ənənəvi formada bərpa olunacaq.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik