Bəzi yerlərdə yağıntılı və küləkli hava müşahidə olunur

Azərbaycanda bəzi ərazilərdə yağışlı və küləkli hava şəraiti müşahidə olunur.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Naftalanda 26, Goranboyda 23, Mingəçevirdə 22, Tovuz 20, Kəlbəcər, Bərdə,Tərtər, Yevlaxda küləyin sürəti 15 m/s-dir. Daşkəsən, Gədəbəy daxil olmaqla bir sıra rayonlarda arabir yağış yağır.Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücü və piyadalara müraciət edərək hərəkət iştirakçılarını diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.Xüsusilə qoşqulu və tentli yük avtomobillərinin sürücülərinə daşınan yükün təhlükəsiz qablaşdırılmasına diqqət yetirmək tövsiyə olunur.Sürücülərə avtomobilləri təhlükəli obyektlərin yaxınlığında saxlamamaq, mümkün olduqda qapalı məkanlarda park etmək məsləhət görülür.Piyadalardan da hava şəraitini nəzərə alaraq təhlükəli davranışlardan çəkinmək xahiş edilir.

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik