Canlı
Bəzi xəstələrə dərmanlar elektron reseptlə veriləcək

2018-09-12 / 12:15

Azərbaycanda gələn ildən hemofiliyalı xəstələrə dərmanların elektron resept əsasında verilməsi nəzərdə tutulur. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova deyib ki, regionlarda yaşayan xəstələr müalicə üçün Regional Hemofiliya mərkəzlərinə müraciət edə biləcəklər və orada onlara elektron reseptlər yazılacaq. Xəstələr dərmanlarını bunun üçün müəyyən edilmiş xüsusi apteklərdən alacaqlar.

Vəfa Şairova