Bəzi məhsullar 4 il ərzində ƏDV-dən azad ediləcək

2019-11-08 14:06

Azərbaycanda quş və heyvan ətinin satışı daha 4 il ərzində ƏDV-dən azad ediləcək. İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, Vergi Məcəlləsində dəyişikliklər yeddi əsas istiqaməti əhatə edir. Bura bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutuma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi, Transmilli Şirkətlər Qrupu anlayışının müəyyən olunması da daxildir.

Vüsalə Camal