İcbari tibbi sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə ediləcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin sözlərinə görə, mərhələləli şəkildə ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrinin sığorta hesabına qarşılanması nəzərdə tutulur. İlk il ürək-damar sistemi xəstəlikləri, ikinci il həzm sistemi, növbəti ildə isə tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi hədəflənib. Vətəndaşların dərmanlarla təmin edilməsi məqsədilə apteklərlə müqavilələrin bağlanılması nəzərdə tutulub. Agentliyin sədri gələn il Cəbrayıl və Qubadlıda modul tipli xəstəxanaların quraşdırılmasının nəzərdə tutulduğunu da sözlərinə əlavə edib.
Vüsalə Cənnətova