Bəzi Android TV cihazlarında zərərli proqram təminatı aşkarlanıb
Milli Kibertəhlükəsizlik Agentliyi Azərbaycanda satılan bəzi “Android TV Box” cihazlarında zərərli proqram komponentlərinin aşkarlanması ilə bağlı xəbərdarlıq edib.Bu cihazlar kibercinayətkarlar tərəfindən uzaqdan idarə oluna və istifadəçilərin xəbəri olmadan DDoS hücumlarında istifadə edilə bilər.Yoluxmuş cihazların ilkin parametrlərinə qaytarılması belə təhlükəni aradan qaldırmaya bilər.Agentlik vətəndaşlara mənşəyi məlum olmayan cihazlardan istifadə etməməyi, şübhəli qurğuları internetdən ayırmağı və tətbiqləri yalnız etibarlı mənbələrdən yükləməyi tövsiyə edib.
05 noyabr 2026

