Bəzi şəxslər əks-göstəriş sertifikatı üçün onlayn müraciət edə biləcək
2021-12-13 16:09
COVID-19 əleyhinə vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərin “Əks-göstəriş sertifikatı” da artıq “Elektron səhiyyə” mobil tətbiqinə inteqrasiya edilib. Səhiyyə Nazirliyindən bildirilib ki, hamilə qadınlar, süd verən analar, dağınıq sklerozdan əziyyət çəkənlər tətbiq vasitəsilə “Əks- göstəriş sertifikatı”nın alınması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edə bilərlər. Bu hallardan əlavə digər diaqnozlar olduğu təqdirdə vətəndaş əks-göstəriş sertifikatı almaq üçün ərazi üzrə qeydiyyatda olduğu poliklinikasına müraciət edə bilər.
Vüsalə camal