Bəzi şəsxlər dövlət qulluğuna imtahansız qəbul ediləcəklər
2020-02-07 12:03
"Yüksəliş" müsabiqəsinin qalibləri dövlət qulluğuna imtahansız qəbul ediləcəklər. Gənclər və idman nazirinin müavini Fərhad Hacıyevin sözlərinə görə, bununla bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə də danışıqlar aparılıb. Müsabiqənin qaliblərinin adları kadrların ehtiyat bazasına daxil ediləcək və onlar gələcəkdə idarəedici kimi işləyəcəklər.
Vəfa Şairova