Bəzi ölkələrdən quş əti və yumurta idxalı məhdudlaşdırılıb
2021-05-18 16:04
Qida Təhlükəsizliyi Agentliyi Rumıniya, Danimarka və Cənubi Afrika Respublikasının bir sıra ərazi vahidlərində qeydə alınan patogen quş qripi xəstəliyi səbəbindən bu ərazilərdən ölkəmizə gətirilən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq edib. Həmçinin qeyd edilən halla bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Nərgiz camal