Bəzi çaylardan sel keçəcək
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 4-6-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı keçəcəyi, ayrı-ayrı ərazilərdə yağışın intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.
03 iyun 2026

