Bərdəni atəşə tutan "Smerç" məhv edilib
2020-10-30 11:00
Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib. Oktyabrın 29-u saat 15.18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmən “Smerç”i məhv edilib. Müdafiə Nazirliyindən o da bildirilib ki, görülən cavab tədbirləri nəticəsində hərbi cinayət törədən növbəti yüksək vəzifəli erməni hərbçisi zərərsizləşdirilib. Düşmənin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edilib.
Vüsalə Camal