Bərdədəki Olimpiya Mərkəzi ermənilərin raket zərbələri nəticəsində dağılıb
2020-10-29 13:09
Bərdə şəhərindəki Olimpiya Mərkəzi Ermənistan silahlı qüvvələrinin ötəngünkü raket zərbələri nəticəsində dağıdılıb. Bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. "Olimpiya dəyərlərinə zidd olan, Azərbaycan idman ictimaiyyətinə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətləri şiddətlə qınayırıq. Yaxınlarını itirən ailələrə başsağlığı və yaralılara isə şəfa diləyirik" - deyə Komitədən bildirilib.
Nərgiz Camal