Canlı
Bərdədə yanğın baş verib, 300-ə yaxın ev quşu tələf olub

2018-01-12 / 09:25

Bərdədə yanğın zamanı 300-ə yaxın ev quşu tələf olub. Hadisə Əliyanlı kəndində məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün Ceyhun Babayevə məxsus fərdi quşçuluq təsərrüfatında baş verib. Hadisə yerinə FHN-nin Bərdə Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Alov söndürülüb, digər tikililərə keçməsinin qarşısı alınıb.

Vəfa Şairova