Canlı
Bərdədə sərnişin qatarı traktorla toqquşub

2018-05-16 / 12:12

Bərdədə sərnişin qatarı traktorla toqquşub. Hadisə Bakı-Xankəndi dəmiryol xəttinin rayonun Həsənqaya kəndindən keçən hissəsində qeydə alınıb. Bu zaman Bərdə rayonu Nazırlı kənd sakinləri - 43 yaşlı Zabil Bağırov, onun qardaşı, 49 yaşlı Qabil Bağırov və Şatırlı kənd sakini, 30 yaşlı Fəxri Quliyev xəsarət alıb. Sürücü zabil Bağırovun ayaqları amputasiya olunub. Fakt araşdırılır.

Ruhəngiz Hacızadə