Bərdədə qadın əməliyyatdan sonra dünyasını dəyişdi
2020-09-24 12:05
Bərdə rayonu, Mustafağalı kənd sakini Ayşən Həsənova əməliyyat edildiyi Bərdə rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. 28 yaşlı qadın yumurtalığın boğulmuş kistası diaqnozu ilə Xəstəxanaya daxil olub və əməliyyatdan sonra ölüb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Vəfa Şairova