Bərdədə pambıq zadovunda xammal qəbuluna başlanıb
Bərdə rayonunda fəaliyyət göstərən pambıq zavodu “ağ qızıl”ın qəbuluna başlayıb. Zavod Bərdə, Tərtər və Ağdam rayonlarındakı məntəqələrdən pambıq qəbulu həyata keçirir. Mütəxəssislər bildirirlər ki, tarlalarda məhsul bol olsa da, “ağ qızıl”ın zavoda təhvil verilməsi prosesi ləng gedir. Buna səbəb fermerlərin satdıqları pambığın müqabilində vəsait ala bilməmələridir. Bərdə pambıq zavodu indiyədək 250 tona yaxın məhsul qəbul edib.
Vəfa Şairova