Bərdədə oğul atasını qətlə yetirib
2021-05-30 12:05
Bərdə Rayon Polis Şöbəsinə Mirzəcəfərli kəndində Bulud Fərzəliyevin öldürülməsi barədə məlumat daxil olub. Bulud Fərzəliyevi oğlu, əvvəllər məhkum olunmuş Kənan Fərzəliyevin sərxoş vəziyyətdə münaqişə zəminində yaşadığı evin həyətində tüfəngdən açdığı atəşlə öldürməsinə şübhələr müəyyən edilib. Kənan tutularaq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi “İJ-16” markalı ov tüfəngi götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb.
Nərgiz camal