Bərdədə koronavirus xəstəsinə qarşı cinayət işi açılıb
2020-12-04 10:09
Bərdə sakini 65 yaşlı Məmmədov Çingiz Rəhim oğlu koronavirus testinin nəticəsinin pozitiv olduğunu bilə-bilə rayon ərazisində həmyerliləri ilə təmasda olub. Bununla da epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub infeksiyanın yayılması üçün real təhlükə yaradıb. Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Nərgiz Camal