Bərdədə keçmiş məhkumdan külli miqdarda narkotik götürülüb
2020-02-08 14:08
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əməliyyat tədbiri nəticəsində Bərdə sakini, keçmiş məhkum rayon ərazisində saxlanılıb. Ondan 8 qram heroin, “Beretta A-6” markalı tapança, 7 ədəd patron, evindən isə 31 kiloqrama yaxın narkotik vasitə və 1 200 ədədə yaxın güclü təsiredici xassəyə malik həb aşkar edilərək götürülüb.
Nərgiz camal