Bərdədə ikimərtəbəli binanın zirzəmisindən əl qumbaraları tapılıb
2020-08-26 18:06
Bərdənin H.Aslanov küçəsində yerləşən ikimərtəbəli binanın zirzəmisindən əl qumbaraları tapılıb. Aparılan təcili təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində 5 ədəd F-1 əl qumbarası və 31 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.
Vüsalə Camal