Bərdədə ev yanıb, azyaşlı ölüb
Bərdənin Qaradağlı kəndində Mirzəyev Elmir Əsgər oğluna məxsus iki mərtəbəli, 8 otaqlı fərdi yaşayış evində yanğın baş verib. Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası tərəfindən yanğın söndürülüb. Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xilas olunub. 2019-cu il təvəllüdlü Həsənzadə Rafael Rauf oğlu Bərdə rayon xəstəxanasında dünyasını dəyişib. Tüstüdən zəhərləndiyi bildirilən 1975-ci il təvəllüdlü İlyasova Zümrüd Xasay qızının müalicəsi rayon xəstəxanasında davam etdirilir.
Fərid Mehdiyev