Bərdədə döşəmənin çökməsi nəticəsində xəsarət alan 33 nəfərdən 27-i evə buraxılıb
Bərdənin Yeni Daşkənd kəndində döşəmənin çökməsi nəticəsində müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən 33 nəfərdən 27-i tibbi xidmət göstərildikdən sonra evə buraxılıb. Xəsarətlərin ağırlıq dərəcəsinə uyğun olaraq 5 nəfər palataya yerləşdirilib. Vəziyyəti nisbətən ağır olan bir nəfər isə reanimasiya şöbəsindədir. Ötən gün Yenidaşkənd kəndində yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. 1 nəfər vəfat edib.
Nərgiz Camalzadə