Bərdədə canavarlar 10 qoyunu parçalayıb
Bərdənin Böyük Göyüşlü kəndində canavarlar fərdi təsərrüfata hücum edib. Yırtıcılar 30 baş xırdabuynuzlu heyvandan 10-nu parçalayıb. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları heyvanlardan quduzluq əleyhinə nümunələr götürüb.
Vüsalə Cənnətova