Bərdədə baş verən qəzada 3 nəfər xəsarət alıb

2019-08-08 15:22

Bərdədə "Opel" və "VAZ 21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində rayon sakinləri olan 3 nəfər ağır xəsarət alıb. Yaralılar rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Həkimlər onların vəziyyətinin orta-ağır olduğunu bildiriblər. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Vəfa Şairova