Bərdədə avtomobillər toqquşub, bir ailənin 5 üzvü xəsarət alıb

2019-10-21 12:06

Bərdənin Bəciravan kəndində "Mitsubishi" , "Zil" və "Mercedes" markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Nəticədə Füzuli sakinləri "Mitsubishi"-nin sürücüsü, 37 yaşlı Qorxmaz Ağayev və sərnişinləri 28 yaşlı Aygün Ağayeva, 5 yaşlı Gülay Ağayeva, 4 yaşlı Kamal Ağayev və 1 yaşlı Ayxan Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridir.

Vəfa Şairova