Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib
2021-06-10 10:05
Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəzada Ədalət Şahverdiyev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə yolu keçmək istəyən piyadalar - Rövşən Mirzəyev və Baloğlan Səfərlini vuraraq hadisə yerindən qaçıb. R. Mirzəyev yerindəcə dünyasını dəyişib, B.Səfərli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ə.Şahverdiyev polislər tərəfindən saxlanılıb.
Nərgiz camal