Bərdədə 28 yaşlı oğlan bıçaqlanıb
Bakının Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində 2004-cü il təvəllüdlü Heydərova Fidan Rüfət qızı yaşadığı binanın 8-ci mərtəbəsində yerləşən mənzilin eyvanında paltar asarkən yerə yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bərdədə isə Güloğlular kənd sakini, 1994-cü il təvəllüdlü Rüfət Əlizadə kürək nahiyəsindən bıçaqlanıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb.