Bərdədə 12 yaşlı qız dəm qazından zəhərlənib

Hadisə rayonun İmamqulubəyli kəndində qeydə alınıb. Valideynləri Leyla Vəliyevanın vanna otağından gec çıxdığını görüb qapını sındırıblar. Bu zaman qızlarını huşsuz vəziyyətdə görüblər və dərhal təcili tibbi yardıma müraciət ediblər. Leyla Vəliyeva huşsuz halda Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə tibbi yardım göstərilib.

Vüsalə Camal