Bərdədə “Bala Tofiq” ləqəbli leş əti satan şəxs ifşa edilib

2019-10-15 12:04

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdədə məskunlaşan Laçın sakini “bala Tofiq” ləqəbli 44 yaşlı Tofiq Qurbanovun yaşadığı həyətyanı sahəyə baxış keçiriblər. Nəticədə mənşəyi məlum olmayan, insan istehlakı üçün istifadəyə yarasız və sümükdən ayırılmış vəziyyətdə satış üçün hazırlanmış təxmini çəkisi 255 kq ət aşkar edilib. Faktla bağlı araşdırma davam etdirilir.

Ruhəngiz Hacızadə