Bərdə polisi 3 kiloqrama yaxın narkotiki dövriyyədən çıxarıb
2021-03-17 12:07
Bərdə Polisi narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Rusiyada məhkumluq həyatı yaşayan Elçin Haqverdiyevi saxlayıb. Faktiki və əvvəllər yaşadığı Alaçadırlı kəndindəki evlərdən, eləcə də üzərindən ümumilikdə 2 kiloqram 300 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb. Həyata keçirilən digər tədbirlərlə narkotik ticarətində şübhəli bilinən Laçın rayon sakini, əvvəllər məhkum edilmiş Tofiq Qurbanov da tutulub. Yaşadığı evdən və üzərindən ümumi çəkisi 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Nərgiz Camal